IMG-LOGO

Tramp seçkiləri uduzacaq, İlon Maskın şirkəti müflisləşəcək: 2024-cü il üçün PROQNOZ

03.01.2024 18:45 60 baxış
IMG

“Financial Times” qəzeti 2024-cü il üçün proqnoz verib.

Lent.az bildirir ki, məqalə müəllifləri ABŞ-da prezident seçkilərinin mümkün nəticəsi, eləcə də amerikalı milyarder və sahibkar İlon Maska məxsus X şirkətinin gələcək taleyi ilə bağlı fərziyyələr səsləndiriblər.

Bundan əlavə, materialın yaradıcıları Ukrayna və Yaxın Şərqdəki vəziyyəti proqnozlaşdırmaq qərarına gəliblər.

Müəlliflər iqlim dəyişikliyi kimi mövzunu da nəzərdən qaçırmayıblar.

ABŞ-da seçkilər

“Financial Times” qəzeti üçün material müəllifləri hesab edirlər ki, Ağ evin keçmiş rəhbəri Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində məğlub olacaq.

Proqnozçular məhkəmənin siyasətçini mühakimə edəcəyini istisna etmirlər.

Proqnozlara görə, indiki Amerika liderinin yaşının çox olmasına baxmayaraq, Co Bayden yenidən seçkilərdə qalib gələcək.

Digər proqnozlar

Materialın müəlliflərinin fikrincə, İlon Maskın əsasını qoyduğu X texnologiya şirkətinin müflis olma ehtimalı kifayət qədər yüksəkdir.

Proqnoza görə, Qərbin Ukraynaya dəstəyi 2024-cü ildə də davam edəcək. Bununla belə, məqalə müəllifləri Trampın Ağ evə qayıtması halında Kiyevin problemlərlə üzləşəcəyini istisna etmirlər.

Proqnoz müəllifləri həmçinin 2023-cü ilin payızında kəskinləşən Fələstin-İsrail münaqişəsinin böyük ehtimalla genişlənməyəcəyinə inanırlar.

Bundan əlavə, 2024-cü ilin keçən ildən daha isti olacağı proqnozlaşdırılır.  

Xəbər lenti