IMG-LOGO

Britaniyada kraliçaya məxsus ən qədim ağac ev tapılıb

03 Jan 2024 18:03 94 baxış
IMG

Böyük Britaniyanın Şropşir qraflığında yerləşən Pitçford şəhərində bir neçə yüz il yaşı olan ağac ev tapılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “The Sun” xəbər portalı məlumat yayıb.

Bu ev barədə ilk məlumat 1692-ci ildə verilib. Tarixi qeydlərə görə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığına rəhbərlik edən kraliça Viktoriya tülkü ovundan həzz alırmış. O, ova çıxarkən bu ağac evdə dincələrmiş.

Qeyd olunur ki, tarixi abidəni ziyarət etmək istəyənlər 20 funt sterlinq ödəməlidirlər. Lakin təhlükəsizlik baxımından ziyarətçilərin evə daxil olmasına icazə verilmir.  

Xəbər lenti