IMG-LOGO

Naxçıvanda bir ailənin 4 üzvü salatdan zəhərləndi

03 Jan 2024 17:31 143 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.

Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda hamısının vəziyyəti normaldır.

Mənbə: lent.az

Xəbər lenti