IMG-LOGO

Qasım Süleymaninin ölümünün ildönümü yürüşündə PARTLAYIŞ: 53 nəfər öldü - VİDEO - YENİLƏNİB

03.01.2024 17:12 84 baxış
IMG

İranda partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, partlayışlar zamanı ölənlərin sayı 53-ə, yaralıların sayı isə 70-ə yüksəlib.

Ölü sayının artacağı istisna edilmir.

*** Saat: 16:49

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında 4 il əvvəl öldürülən SEPAH komandanı general Qasım Süleymaninin ildönümündə partlayışlar baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, partlayışlar generalın doğulduğu və dəfn edildiyi Kirman şəhərində qeydə alınıb. İran mənbələrinin verdiyi məlumata görə, onun məzarına gedən yolda çoxlu sayda qaz balonu partlayıb.

İran dövlət kanalı partlayışlar nəticəsində 20 nəfərin öldüyünü, çoxsaylı yaralıların olduğunu bildirib.

Qeyd edək ki, Q. Süleymani 2020-ci il yanvarın 3-də döyüş bölgəsində həlak olub.

Xəbər lenti