İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında 4 il əvvəl öldürülən SEPAH komandanı general Qasım Süleymaninin ildönümündə partlayışlar baş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, partlayışlar generalın doğulduğu və dəfn edildiyi Kirman şəhərində qeydə alınıb. İran mənbələrinin verdiyi məlumata görə, onun məzarına gedən yolda çoxlu sayda qaz balonu partlayıb.
İran dövlət kanalı partlayışlar nəticəsində 20 nəfərin öldüyünü, çoxsaylı yaralıların olduğunu bildirib.
Qeyd edək ki, Q. Süleymani 2020-ci il yanvarın 3-də döyüş bölgəsində həlak olub.