Yaponiyada 7,6 bal gücündə zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə “NHK World-Japan” televiziya kanalı məlumat yayıb.
Zəlzələdə ölənlərin sayı 62-ə çatıb.
Həmçinin, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanların əksəriyyəti davam edən zəlzələnin episentrində olan İşikava prefekturasının sakinləridir.
100-dən çox bina yeraltı təkanlar nəticəsində dağılıb.
İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.
33 mindən çox ev işıqsız qalıb bəzi rayonlarda internet və mobil rabitədə fasilələr müşahidə olunur.
Bazar ertəsindən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub.
Zəlzələ 1885-ci ildən bəri Yaponiyanın həmin ərazisində baş verən ən güclü zəlzələ olub.