ABŞ-nin San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxıb və alovlanıb, nəticədə azı 9 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə CBS news məlumat yayıb.
Bildirilib ki, iki vaqon relsdən çıxaraq alovlanıb. Sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.
Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil