IMG-LOGO

Sumqayıtda ilin ilk körpəsi

01 Jan 2024 13:02 285 baxış
IMG

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

Lent.az-ın verdiyi xəbərə görə, 2024-cü il yanvarın 1-də saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 santimetr, çəkisi 2 kiloqram 400 qram olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Hazırda ananın və yeni doğulanın vəziyyəti stabildir.

Mənbə: lent.az

Xəbər lenti