IMG-LOGO

KİV: Venesuelanın dövlət şirkətinə qarşı kiberhücumu ABŞ həyata keçirib

23 Dec 2025 07:41 4 baxış
IMG

Dekabrın əvvəlində Venesuelanın dövlət neft və qaz şirkəti "Petr leos de Venezuela"ya (PDVSA) qarşı haker hücumunun, çox güman ki, ABŞ tərəfindən törədildiyi bildirilir.

"Report"un xəbərinə görə, bu barədə Amerikanın "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, keçmiş ABŞ rəsmiləri və kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, Venesuelanın neft və qaz infrastrukturunu pozan kütləvi kiberhücumda ABŞ əməliyyatının bir çox əlamətləri mövcuddur.

"Bu, əvvəlcədən planlaşdırılmış hücum kimi görünür", - nəşrin mənbələrindən biri vurğulayıb. O, belə hücumu yalnız ABŞ-nin həyata keçirə biləcəyinə əminliyini ifadə edib.

"Ekspertlər deyirlər ki, ABŞ bu miqyasda kiberhücum həyata keçirə bilən azsaylı ölkələrdən biridir", - nəşr bildirib. Qəzetin mənbələri, o cümlədən keçmiş rəsmilər, haker hücumunun arxasında çox güman ki, ABŞ Kiber Komandanlığının durduğunu qeyd ediblər.

"ABŞ Kiber Komandanlığı məhz buna görə yaradılıb", - mənbələrdən biri vurğulayıb. Təşkilatın yuxarıda qeyd olunan hücumu həyata keçirə biləcəyi ehtimalına gəldikdə, o əlavə edib: "Bu, tamamilə ağlabatan səslənir və ABŞ Kiber Komandanlığının missiyaları və imkanları ilə uyğundur".

PDVSA nümayəndələri 15 dekabrda şirkətin əməliyyatlarını pozmaq məqsədi daşıyan kiberhücuma məruz qaldığını elan ediblər. Daha sonra PDVSA kiberhücumu ABŞ hökumətinin Venesuela neftini güc və piratçılıq yolu ilə ələ keçirmək strategiyasının bir hissəsi olan aqressiv cəhd kimi qiymətləndirdiyini vurğulayıb.

Xəbər lenti