Yaponiyanın qərb sahillərini sunami vurub.
Lent.az-ın TASS-a istinadən xəbərinə görə, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.
Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.
Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.
***
saat 12.07
Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
***
saat 11.45
Yaponiyada sunami təhlükəsi elan edilib.
Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, meteoroloqlar ölkənin qərb sahillərində sunaminin hündürlüyünün 5 metrə çatacağını bildiriblər.
Əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.