IMG-LOGO

Sumqayıtda ilin ilk körpəsi-FOTO

01 Jan 2024 13:02 151 baxış
IMG

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1 yanvar 2024-cü il tarixində saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 sm, çəkisi 2 kq 400 qr olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Doğuş mama-ginekoloq Arzu Şıxvəlizadə tərəfindən uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Mənbə: lent.az

Xəbər lenti