IMG-LOGO

Film istehsalına vergi güzəşti tətbiq olunacaq

01 Jan 2024 12:31 210 baxış
IMG

Bu gündən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.

Mənbə: lent.az

Xəbər lenti