IMG-LOGO

Gəncədə avtomobil yandı-FOTO

01 Jan 2024 10:13 181 baxış
IMG

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "OPEL" markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından mühafizə idarəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Yanğın zamanı avtomobilin salonu tamamı ilə yanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Fuad Nazimoğlu

 

Mənbə: lent.az

Xəbər lenti