Yanvarın 1-i Kiyevdə matəm günüdür.
Lent.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
"Dekabrın 29-da paytaxta edilən hücum dinc sakinlər arasında itkilərin sayına görə çox olub. 18 nəfər həlak olub. Bu indiyədək hücum zamanı ən çox ölüm halıdır. Xilasedicilər axtarışlar aparır", - Kliçko qeyd edib.