Belarusun BelTA dövlət agentliyinin saytına daxil olmaq yenidən mümkün olub.
"Report" xəbər verir ki, hazırda agentliyin sosial şəbəkələri normal fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu gün saat 13:50-də (Bakı vaxtı ilə saat 14:50-də) saytda hökumət əleyhinə yazılar yerləşdirilib.
15:39Belarus Teleqraf Agentliyinin (BelTA) saytı haker hücumuna uğrayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, təqribən saat 13:50-də (Bakı vaxtı ilə saat 14:50-də) saytda hökumət əleyhinə yazılar yerləşdirilib.
Həmçinin hakerlərin yerləşdirdiyi yazıda iddia edilib ki, saytın domen kontrollerləri zədələnib və 90 GB verilən (daxili sənədlər, mühasibat və işçilərin şəxsi məlumatları) çəkilib.
Bizim WhatsApp kanalımıza abunə olun