IMG-LOGO

Finlandiyada yeni ildən başlayaraq balıqçılardan balıqlarını diri saxlamaq yasaqlanır

31 Dec 2023 17:44 255 baxış
IMG

Finlandiyada yanvarın 1-dən etibarən balıqların dərhal öldürülməsini tələb edən yeni balıqçılıq qanunu qüvvəyə minir.

“Report” ERR.ee saytına istinadən xəbər verir ki, finlandiyalı balıqçılar qış qarmaqları ilə tutulan balıqları artıq buzda diri qoya bilməzlər.

İndi Finlandiya balıqçıları balıqları mümkün qədər tez və ağrısız şəkildə öldürməlidirlər, məsələn, başına güclü bir zərbə ilə, bundan sonra qan ondan boşaldılmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti