ABŞ-də Respublikaçı Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami, seçkilərdə qələbə çalacağı təqdirdə, Federal Təhqiqat Bürosunu (FTB) ləğv etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“FTB-ni “islah etmək olmaz”. Doğru cavab onu bağlamaqdır”, – prezidentlik postuna iddiaçı qeyd edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti müvafiq səlahiyyətlərə malikdir və seçkilərdə uğur qazanacağı təqdirdə, qurumu ləğv etmək niyyətindədir.
Qeyd edək ki, Vivek Ramasvami hindəsilli sahibkar, milyonçu və Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün ən gənc nominantdır. Ramasvami Meksika ilə sərhəddə divar tikintisi ideyasını dəstəkləyir. Siyasətçi hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Vaşinqtonun xarici siyasətinin prioriteti olmamalıdır. O, Çin-Rusiya ittifaqını ABŞ üçün “birnömrəli təhlükə” adlandırıb.
Bizim Telegram kanalımıza abunə olun