ABŞ-nin “Gravely” hərbi gəmisi Qırmızı dənizdə husilərin raketlərini zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
Bildirilib ki, gəmi husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.
Qeyd edək ki, “Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat olmayıb.
Bizim WhatsApp kanalımıza abunə olun