IMG-LOGO

Avropa İttifaqı Rumıniya və Bolqarıstanı Şengenə mərhələli şəkildə inteqrasiya edəcək

31.12.2023 10:32 168 baxış
IMG

Avropa İttifaqı ölkələri Rumıniya və Bolqarıstan üçün dəniz və hava sərhədlərində Şengen zonası daxilində sərhəd nəzarətini ləğv etmək barədə razılığa gəliblər, lakin quru sərhədlərindəki nəzarət hələlik qalır.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

“Avropa Komissiyası 2024-cü ilin martından hava və dəniz sərhədlərində nəzarətin ləğvindən başlayaraq Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil edilməsi ilə bağlı Aİ Şurasının yekdil qərarını alqışlayır. Bu addım səfər, ticarət, turizmi stimullaşdıracaq, daxili bazarı gücləndirəcək. Quru sərhədlərində nəzarətin ləğvi ilə bağlı növbəti qərarın müzakirəsi 2024-cü ildə davam etdiriləcək”, – məlumatda deyilib.

Şengen zonasının genişləndirilməsi dekabrın əvvəlində müzakirə edilib, lakin konsensus olmadığı üçün məsələ səsverməyə çıxarılmayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti