ABŞ-ın Siyahıyaalma Bürosunun açıqladığı məlumatlara görə, dünya əhalisi son bir ildə 75 milyon artıb və Yeni il günü 8 milyarddan çox olacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, büronun məlumatına görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğuş və iki ölüm hadisəsi baş verəcəyi gözlənilir.
İl ərzində ABŞ-da əhalinin artım tempi 0,53 faiz təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısına bərabər olub. Ümumilikdə ölkə əhalisinin sayı 1,7 milyon nəfər artıb və Yeni ilə qədər ABŞ əhalisi 335,8 milyon nəfər olacaq.
"Əgər mövcud nisbətlər qalan onillikdə davam edərsə, 2020-ci illər ABŞ tarixində əhalinin artımı baxımından ən yavaşı ola bilər, 10 il ərzində 4 faizdən azdır", - Brukinq İnstitutunun demoqrafıUilyam Frey deyib.
Əvvəllər ABŞ əhalisi 1930-cu illərdəki Böyük Depressiyadan bəri ən yavaş artmışdı, o zaman artım tempi 7,3 faiz idi.