Meksikada silahlı hücum olub.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Syudad Obreqon şəhərində baş verən hücumda bir neçə nəfər öldürülüb, onlarla insan yaralanıb.
Məlumata görə, hadisə Kajeme qəsəbəsindəki şənlikdə baş verib.
Mərasim zamanı 3 silahlı şəxs evə hücum edib.
Hadisə zamanı 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Xəsarət alanlardan 2-nin yaşının 18-dən az olduğu bildirilir.