Ebru Gündeşin “İyi ki Doğmuşum” adlı yeni mahnısı bu gün musiqisevərlərə təqdim edilir.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, mahnının sözləri və musiqisi Sinan Akçılaya məxsusdur. “İyi ki Doğmuşum” Gündeş üçün xüsusi olaraq yazılmış bir mahnıdır. Mahnının 16 dekabr tarixində yayımlanmasının da öz səbəbi var.
Ebru Gündeş 1999-cu ildə albom təqdimatı zamanı beyin qanaxması keçirib. Daha sonra əməliyyat olunub. Sənətçi bu dövrdə olduqca çətin proseslərdən keçib. 16 dekabr 1999-cu ildə isə xəstəxanadan evə buraxılıb. Həmin gün xəstəxananın qarşısında jurnalistlərə “Əsl doğum günüm bu gündür” deyib. Məhz bu səbəbdən mahnısının çıxış tarixi olaraq bugünü seçib.
Ebru Gündeş maqazin