Donald Trampın İran hücumunun hədəfi olması planlaşdırılıb, lakin planlar uğursuz olub.
Məlumatlara görə, İran ABŞ prezidenti Donald Trampı Türkiyəyə son səfəri zamanı öldürməyi planlaşdırıb.
Lent.az bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Mənbələrə görə, xarici kəşfiyyat xidməti bu məlumatı dərhal Amerika tərəfinə ötürüb, bundan sonra təhlükəsizlik səbəblərinə görə Ağ ev rəhbərinin Vaşinqtona qayıdacağı təyyarənin dəyişdirilməsi qərarı verilib.
İranın yüksək vəzifəli rəsmiləri Trampın Türkiyəyə səfərini sui-qəsd cəhdi üçün nadir bir fürsət kimi qiymətləndiriblər. Lakin xarici kəşfiyyat xidməti Amerika hakimiyyətini əvvəlcədən təhlükə barədə xəbərdar edib. Bu məlumatın dərc olunmasına hərbi senzura razılıq verib.
Mənbələr əlavə ediblər ki, NATO sammitindən sonra Amerika lideri Qətər tərəfindən hədiyyə edilən yeni təyyarə ilə deyil, mövcud Air Force One təyyarəsi ilə yola düşüb. Nəşrin mənbələri iddia edir ki, bu qərar ABŞ Gizli xidmətinin məsləhəti ilə əlavə tədbir olaraq verilib.
Daha sonra mediada təyyarənin dəyişdirilməsinin İranın Amerika prezidentinə sui-qəsd planları ilə bağlı kəşfiyyat məlumatları ilə əlaqəli ola biləcəyi barədə məlumatlar ortaya çıxıb.
Onlar əlavə ediblər ki, Trampın Qətərdən hədiyyə olaraq aldığı yeni prezident təyyarəsi hələlik əvvəlki Air Force One təyyarəsinin bütün zəruri əməliyyat sistemləri ilə təchiz olunmayıb.
Donald Tramp ABŞ prezidenti sui-qəsd cəhdi İran NATO sammiti Türkiyə
Mənbə: lent.az