Türkiyəli aparıcı Ece Erken hovuz kənarında sosial şəbəkə hesabı üçün bikinidə video çəkdiyi zaman gözlənilməz hadisə ilə üzləşib.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, həmin vaxt skuterlə hovuzun kənarında gəzən oğlu qəfil tarazlığını itirərək hovuza düşüb.
Çəkiliş davam edərkən baş verən hadisəni görən Ece Erken oğluna kömək etmək üçün hovuzun kənarına qaçıb. Aparıcı yaşadığı qorxu dolu anları daha sonra sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan video çoxsaylı istifadəçilər tərəfindən müzakirə olunub.
Sizin brauzer video tagını dəstəkləmir. qəza hovuz skuter maqazin xəbərləriMənbə: lent.az