IMG-LOGO

Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilən qadınların sayı

13 Jul 2026 15:25 3 baxış
IMG
0 0

Bu ilin ilk 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib.

Lent.az bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, onlardan 2766-si kişi, 82-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kiloqram 615,242 qram və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

 

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti