Yayın ən sevilən meyvələrindən olan ərik təkcə dadı ilə deyil, həm də orqanizmə verdiyi faydalarla seçilir. Mütəxəssislər bildirirlər ki, bu meyvə ürək, beyin, həzm və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin onu düzgün miqdarda və düzgün şəkildə istehlak etmək vacibdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, ərik beta-karotin, lif, kalium, maqnezium və B qrupu vitaminləri ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, həzmi yaxşılaşdırır və orqanizmin normal işləməsinə kömək edir.
Ərik orqanizmə necə təsir edir?Ərikdə olan beta-karotin güclü antioksidantdır. O, ürək və damarların sağlamlığını qorumağa kömək edir, həmçinin beyin fəaliyyətini dəstəkləyir.
Meyvənin tərkibindəki lif bağırsaqların normal işləməsini təmin edir və yoğun bağırsaq xərçəngi riskinin azalmasına müsbət təsir göstərə bilər.
Kalium və maqnezium isə qan təzyiqinin tənzimlənməsinə, ürək ritminin qorunmasına və sinir sisteminin normal fəaliyyətinə kömək edir. Həkimlər qeyd edilər ki, ərik balanslı qidalanmanın bir hissəsi kimi qanazlığı və ürək ritmində pozğunluğu olan insanlar üçün də faydalı ola bilər.
Gün ərzində neçə ərik yemək olar?Faydalarına baxmayaraq, ərikdən həddindən artıq istifadə məsləhət görülmür. Sağlam insan üçün gündə 5-6 ədəd ərik kifayət edir.
Bunun səbəbi meyvənin tərkibində təbii şəkərin olmasıdır. Həddindən artıq istehlak bəzi insanlarda həzm narahatlığına və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər.
Əriki hansı qidalarla birlikdə yemək olmaz?Əriyin yağlı yeməklərlə birlikdə qəbul edilməsini tövsiyə edilmir.
Bundan başqa, onu kefir, qatıq və süd kimi turş süd məhsulları ilə birlikdə yemək də məsləhət görülmür. Belə kombinasiyalar həssas insanlarda həzm pozğunluqları yarada bilər.
Ərik çəyirdəyini yemək təhlükəlidirmi?Mütəxəssislər ərik çəyirdəyinin istifadəsindən çəkinməyi tövsiyə edirlər.
Çəyirdəyin tərkibində amiqdalin adlı maddə var. Bu maddə orqanizmdə həzm olunduqdan sonra sianid əmələ gətirə bilər. Böyük miqdarda qəbul edildikdə isə bu maddə zəhərlənməyə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ərik mürəbbəsi və ya kompot hazırlayarkən meyvələri çəyirdəyi ilə birlikdə uzun müddət saxlamaq da məsləhət görülmür. Çünki zaman keçdikcə zərərli maddələr şərbətə və meyvənin özünə keçə bilər.
Quru ərik də faydalıdırMütəxəssislərin sözlərinə görə, mövsüm bitdikdən sonra quru ərik də faydalı seçim hesab olunur. O, bir çox vitamin və mineralı özündə saxladığı üçün qış aylarında rasionu zənginləşdirmək üçün istifadə oluna bilər.
Ərik sağlam qidalanmanın dəyərli hissəsidir. Ancaq ondan maksimum fayda əldə etmək üçün normaya riayət etmək, uyğun olmayan qidalarla birlikdə qəbul etməmək və çəyirdəyini yeməmək vacibdir.
ərik meyvəMənbə: lent.az