IMG-LOGO

"MÜSİAD Azərbaycan": İqtisadi şaxələndirmə indeksi aşağıdır

16 Dec 2025 11:35 5 baxış
IMG

Bu gün Azərbaycanda iqtisadi şaxələndirmə indeksi ("economic complexity index") aşağıdır.

"Report" xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun inkişafı, ölkədən ixrac edilən məhsulların çeşidinin artması ilə həmin indeks də yüksələcək.

"Bu gün Azərbaycanda həllini gözləyən vacib məsələlər var. Onlardan biri qeyri-neft-qaz və qeyri-qida məhsullarına nəzarətin gücləndirilməsidir. Keyfiyyətin ölçülməsi, keyfiyyət infrastrukturu məsələlərini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə birlikdə qeyd etmişik. Bu gün ölkəyə daxil olan məhsullara, xüsusilə qeyri-qida məhsullarına nəzarət çox zəifdir. Yerli standartların beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dövlət proqramı var. Bu istiqamətdə hələ ki, ciddi irəliləyiş hiss olunmur. Keyfiyyət ciddi məsələdir, Türkiyədən idxala da təsir edə biləcək amildir. Çindən və digər ölkələrdən idxal olunan məhsullarla bağlı biz dövlət qurumlarının qarşısında məsələlər qaldırırıq", - deyə R.Cabirli əlavə edib.

Xəbər lenti