IMG-LOGO

Azərbaycanın Pakistan və Özbəkistanla müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalaması təklif olunur

16 Dec 2025 11:56 5 baxış
IMG

Azərbaycanın Pakistan və Özbəkistanla da müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edən sazişlər imzalaması təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında imzalanan memorandum buna nümunə olmalıdır:

"Bu sənəd hərbi əməkdaşlıq və təhlükəsizlik, müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını təmin edir. Biz bu cür sənədləri Pakistan və Özbəkistanla da imzalamalıyıq".

Xəbər lenti