Tailandla yaşanan silahlı qarşıdurma yüz minlərlə kambocalını evlərini tərk etməyə məcbur edib.
"Report" "Khmer Times"a istinadən xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Net Pheaktra bildirib.
"127 mindən çox uşaq evlərini və təhsilini tərk edərək ailələri ilə qaçıblar", - deyə o qeyd edib.
Dekabrın 16-na olan rəsmi məlumatlara görə, Kambocanın sərhədə yaxın altı əyalətində təxminən 422,7 min sakin münaqişənin kəskinləşməsi səbəbindən daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan təxminən 344 mini qadın və uşaqlar olub.
16 dekabr tarixinə olan vəziyyətə görə, Tailand ilə sərhəd münaqişəsinin kəskinləşməsi səbəbindən Kambocanın altı əyalətindən təxminən 422,7 min sakin evlərini tərk edib. Onların arasında təqribən 344 min qadın və uşaq var.
Dekabrda zorakılığın artması artıq faciəvi nəticələrə gətirib çıxarıb.
Son məlumatlara görə, Kambocada 15 nəfər həlak olub və 76 nəfər yaralanıb. 42 ev, bir neçə dini obyekt, həmçinin şəhər və yol infrastrukturu zərər görüb.