IMG-LOGO

Rusiyanın Ukraynaya vurduğu ziyanla bağlı komissiya yaradılacaq

15 Dec 2025 21:50 8 baxış
IMG

"Haaqada müharibə zamanı Rusiyanın Ukraynaya vurduğu ziyana görə kompensasiya tələblərini araşdırmaq üçün komissiya yaradılacaq".

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

"Komissiyanın reyestrinə artıq 80.000 müraciət daxil olub. Komissiya Ukraynaya ödəniləcək kompensasiya məbləğini nəzərdən keçirəcək, qiymətləndirəcək və müəyyən edəcək. Rusiya dağıdılmış evlər, məktəblər və xəstəxanalar üçün məsuliyyətdən yayınmaq iqtidarında olmayacaq", - deyə o bildirib.

Ukraynanın mümkün ərazi güzəştlərinə toxunan Aİ-nin baş diplomatı bildirib ki, istənilən razılaşmanın şərtlərini yalnız Ukrayna müəyyən edə bilər: "Amma hamımız bilirik ki, Donbas Putinin (Rusiya prezidenti Vladimir Putinin - red.) son məqsədi deyil. Əgər o, buna nail olarsa, daha çox şey istəyəcək. Güzəştlər qurban tərəfindən deyil, təcavüzkar tərəfindən edilməlidir. İki tərəf arasında heç bir mənəvi bərabərlik yoxdur".

Xəbər lenti