IMG-LOGO

"Ramştayn" formatında iclas dekabrın 16-da keçiriləcək

15 Dec 2025 20:08 6 baxış
IMG

Ukraynanın müdafiəsi üzrə qrupun "Ramştayn" formatında iclası sabah keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"2025-ci il dekabrın 16-da NATO baş katibi Mark Rütte Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun virtual iclasına qatılacaq", – məlumatda qeyd olunub.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Denis Şmıqal Əlaqə Qrupunun 32-ci iclasının dekabrın 3-də keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

Xəbər lenti