Naxçıvanlı atlet Əmrah Nağıyev Türkiyənin Mersin şəhərində "Tarixə, təbiətə, idmana və dostluğa – atdığın hər addımda Mersin səninlədir" şüarı ilə keçirilən VII Beynəlxalq Mersin Marafonunda ikinci yeri tutub.
"Report"un yerli bürosunun məlumatına görə idmançı 10 km məsafəni 33 dəqiqə 27 saniyəyə qət edib.
O, ümumi sıralamada 15-ci, öz yaş qrupunda isə 2-ci pillədə qərarlaşıb.
Əmrah Nağıyev medal və kubokla mükafatlandırılıb.

