IMG-LOGO

Çindən gətirilən şüşə fincanlarda ağır metallar aşkarlandı

15 Dec 2025 18:19 3 baxış
IMG
0 0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkətinin istehsal etdiyi şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb. 

Lent.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyinin birgə məlumat yayıb.

Qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycanda fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib.

"Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.

Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq".

Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Şüçə fincanlar Çindən gətirilən məhsullar ağır metallar

Xəbər lenti