IMG-LOGO

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dec 2025 17:45 3 baxış
IMG

Azərbaycanda daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək.

"Report" xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müşavirədə deyib.

Onun sözlərinə görə, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib və görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunur:

"Növbəti mərhələdə daha 5 müəssisədə bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb".

Xəbər lenti