IMG-LOGO

2025-ci ilin ilk 10 ayında TƏBİB üzrə ümumi gəlir 1 milyard manatdan çox təşkil edib

15 Dec 2025 17:55 3 baxış
IMG

2025-ci ilin ilk 10 ayında TƏBİB üzrə ümumi gəlir 1 milyard 180,549 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 5,05 % çoxdur.

"Report"un məlumatına görə, bu barədə TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə gəlirlərdə 0,39 % artım qeydə alınıb və 170 milyon 542 min manat təşkil edib.

Təcili tibbi yardım xidməti üzrə daxilolmalar göstərilən dövr ərzində 203 milyon 27 min manata çatıb (0,38 % artım).

Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 787 milyon 65 min 768 manat (artım 7 %), ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 19 milyon 914 min (artım 23,59 %) olub.

Xəbər lenti