Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar Fələstinlə həmrəylik əlaməti olaraq ölkədə bütün Yeni il şənliklərini qadağan edib.
Lent.az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
"Mən bütün pakistanlıları fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram. Pakistan xalqı qəm içindədir. Vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, - deyə Kakar televiziya ilə çıxışında bildirib.
Bundan əvvəl BƏƏ-nin Şarja şəhəri Fələstinlə həmrəylik nümayiş etdirərək Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub.