IMG-LOGO

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib

15 Dec 2025 16:56 4 baxış
IMG

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə heyətə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Xəbər lenti