Türkiyə ilə sərhəddə yerləşən Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, 7,34 hektar sahəni əhatə edən TIR parkının ərazisinə asfalt örtüyü çəkilib, xətləmə işləri aparılıb, yeni işıqlandırma dirəkləri quraşdırılıb.
Yenilənmiş TIR parkının istifadəyə verilməsi yük daşımalarının vaxtında icrası, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması və xidmət keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

