IMG-LOGO

Çexiyada yeni hökumətin tərkibi təsdiqlənib

15 Dec 2025 16:02 5 baxış
IMG

Çexiya Prezidenti Petr Pavel dekabrın 15-də Andrey Babişin rəhbərliyi ilə yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Kabinetə 200 yerlik parlamentdə 108 yer qazanmış "Narazı vətəndaşların aksiyası" (ANO), "Azadlıq və birbaşa demokratiya" (SPD) və "Birləşmiş avtomobilçilər" partiyalarının 14 nazir - nümayəndəsi daxil olub.

Məlumata görə, xarici işlər naziri "Birləşmiş avtomobilçilər"in nümayəndəsi Petr Matsinka, müdafiə naziri SPD-nin dəstəklədiyi namizəd Yaromir Zuna, maliyyə naziri isə Alena Şillerova (ANO) olacaq.

2025-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ANO 35 % səslə qalib gəlib. Seçki kampaniyası zamanı partiya Ukraynaya silah tədarükünün təşkilini dayandırmağı vəd edib, həmçinin Çexiyanın müdafiə büdcəsinin artırılması planlarına etiraz edib.

Xəbər lenti