Maraqlı hadisə ABŞ-də baş verib.
Lent.az xəbər verir ki, Kentukki ştatında tibb mçüəssisəsinin rəhbəri işçilərə yeni il hədiyyəsi ala bilməyib. Buna görə də hər işçiyə 1 lotereya alıb.
Əməkdaşlardan biri lotereyanı pozduqda 50 000 dollarlıq cekpot olduğunu görüb. Əldə edilən məbləğ 21 işçi arasında bərabər bölünüb və hərəyə 1750 dollar düşüb (vergi çıxıldıqdan sonra - red).