IMG-LOGO

Fatih Terim Yunanıstanda işləyəcək

26.12.2023 23:32 107 baxış
IMG

Türkiyəli məşqçi Fatih Terim Yunanıstanda işləyəcək.

Lent.az xəbər verir ki, “Panatinaikos” klubu məşqçi ilə razılaşma əldə edildiyini açıqlayıb.

Türkiyə mətbuatı Terimin sabah rəsmi müqavilə üçün Yunanıstana gedəcəyini bildirib. Yunanıstan təmsilçisi Fatih Terimə 6 ay + 1 illik sözləşmə təklif edib.

Qeyd edək ki, “Panatinaikos”un basketbol komandasını da türkiyəli məşhur məşqçi Ergin Ataman çalışdırır.

Xəbər lenti