IMG-LOGO

Smartfon bazarında rekord geriləmə - Buna səbəb nədir?

19 Jun 2026 05:18 31 baxış
IMG
0 0

“Counterpoint Research”in hesabatına görə, 2026-cı ildə qlobal smartfon tədarükü 13,9% azalaraq 1,08 milyard ədədə düşə bilər.

Lent.az xəbər verir ki, bu, 2013-cü ildən bəri ən aşağı göstərici və smartfon tarixində ən böyük illik geriləmə olacaq.

Buna əsas səbəb isə yaddaş çiplərinin (DRAM və NAND) kəskin çatışmazlığıdır. Çip istehsalçıları istehsal gücünün böyük hissəsini süni intellekt mərkəzləri üçün tələb olunan yaddaş çiplərinə yönəltdiyi üçün smartfon istehsalçıları komponent qıtlığı ilə üzləşirlər.

Bu vəziyyətdən ən çox büdcə seqmenti zərər görür. Analitiklər bildirirlər ki, 150 dollardan ucuz smartfonlar bəzi bazarlarda demək olar ki, yox ola bilər, çünki onların istehsalı sərfəli deyil.

Premium seqment isə daha davamlı görünür: “Apple”ın satışlarının bu il sabit qalacağı, Samsungun isə bazardan xeyli az təsirlənəcəyi gözlənilir.

Əvəzində “Xiaomi”, Honor və Transsion kimi daha çox büdcə modellərinə güvənən istehsalçıların satışlarında ciddi azalma proqnozlaşdırılır.

Nəticədə yeni telefonların bahalaşması fonunda ikinci əl və yenilənmiş (refurbished) smartfon bazarının sürətlə böyüməsi gözlənilir.

 

smartfon

Mənbə: lent.az

Xəbər lenti