TikTok musiqi ilinə yekun vurub və platformanın qlobal icmasına ən çox təsir göstərən artistləri, trekləri və trendləri açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi bəyanata görə, bu il Billboard siyahılarında nömrə 1 olan 10 mahnının 8-i əvvəlcə məhz TikTok-da viral olub.
İlin əsas artisti 30 milyarddan çox baxış və 12 milyon video yaradıcılığı əldə edən çoxmillətli Katseye qrupu seçilib. Onların “Gnarly” və “Gabriela” hitləri qlobal rəqs flashmoblarına səbəb olub və bu trendə K-pop ulduzları, eləcə də Kamila Kabello kimi məşhurlar qoşulub. Viral treklər qrup üçün ilk dəfə “Qremmi” nominasiyası da gətirib.
İlin treki – Konni Frensisin “Pretty Little Baby” mahnısı
1962-ci ilin bu mahnısı gözlənilmədən ilin ən çox istifadə olunan səs trendinə çevrilib (28 milyon istifadədən çox və 68 milyarddan çox baxış). Ailəvi və duyğulu videolar mahnıya yeni həyat verib, Kylie Jenner-in qızı Stormi ilə paylaşdığı video isə 132 milyondan çox baxış yığıb. Treki Billboard Global 200 siyahısına daxil olub və Konni Frensis’in striminqlərdə ən populyar mahnısına çevrilib.
İlin ən çox saxlanılan treklərinə görə lider – Taylor Swift
TikTok-dakı “Add to Music App” funksiyası istifadəçilərə mahnıları striminq servislərinə əlavə etməyə imkan verir və bu da 2025-ci ildə Taylor Swifti ən çox saxlanılan treklərin qlobal liderinə çevirib. Onun “The Life of a Showgirl” albomu hələ relizdən əvvəl kütləvi şəkildə saxlanılaraq ilin ən böyük fanat hypelarından birini yaradıb.
Ən çox saxlanılan trek – sombr-un “back to friends”
İlin əvvəlində viral olan mahnı 7,7 milyon video və 21 milyarddan çox baxış toplayıb, sonra Spotify Billions Club-a daxil olub və ifaçıya ilk “Qremmi” nominasiya¬sını qazandırıb.
İlin ən çox saxlanılan albomu – Tate McRae’nin “So Close To What”
Bu albom Billboard 200 siyahısında birinci yerdən debüt edib.
Musiqi trendi – Doechii-nin “Anxiety” treki
2019-cu ilin TikTok demosundan doğan bu mahnı 2025-ci ildə böyük rəqs trendinə çevrilib. Trend “Beverly Hills Şahzadəsi” filmindəki əfsanəvi rəqsin rekonstruksiyası idi və burada Will Smith, Tatyana Ali və Doechii özü də iştirak ediblər. “Anxiety” 10,4 milyon video və 51 milyarddan çox baxış yığıb, Billboard Hot 100-də ilk 10-luğa düşüb və ifaçıya 5 “Qremmi” nominasiyası gətirib.
İlin müəllifi – EJAE
Nyu-Yorkdan olan bəstəkar və vokalist EJAE “KPop Demon Hunters” hitinin soundtrack-lərində əsas fiqura çevrilib. Onun “Golden” mahnısı TikTok-da rekord qırıb (demək olar ki, 10 milyon video və 23,6 milyard baxış) və dünya çartlarına liderlik edib. EJAE həmçinin Red Velvet, aespa, TWICE, LE SSERAFIM və digər K-pop ulduzları üçün mahnılar üzərində çalışıb.
tiktok trend 2025