IMG-LOGO

Tramp: ABŞ yaxın günlərdə İrana zərbələri davam etdirəcək

14 Jul 2026 01:12 6 baxış
IMG
0 0

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın günlərdə İrana qarşı zərbələri davam etdirəcəyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində danışıb.

“Bu axşam onlara çox ciddi zərbə endirəcəyik. Sabah da ciddi zərbə endirəcəyik. Onlar bunun qarşısını ala bilməyəcəklər”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin ölkəsinin yaxın vaxtlarda İranın Natanz şəhərində yerləşən nüvə obyektinə də zərbə endirə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, ABŞ 2025-ci ilin iyununda İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə hava zərbələri endirib.

tramp abş iran

Mənbə: lent.az

Xəbər lenti