IMG-LOGO

İlin avtomobili seçildi

10 Jan 2026 18:02 6 baxış
IMG
0 0

23 ölkədən 59 jurnalistin daxil olduğu münsiflər heyəti “Mercedes CLA” yeni sedanını qalib seçib.

Lent.az xəbər verir ki, finalçıların yeddiliyinə həmçinin “Skoda Elroq”, “Kia EV4”, “Citroen C5 Aircross”, “Fiat Grande Panda”, “Dacia Bigster” və “Renault 4” modelləri də daxil olub.

Bu, “Car of the Year” (ilin avtomobili) müsabiqəsi tarixində alman brendi “Mercedes-Benz”in ikinci qələbəsidir. Bundan 52 il əvvəl, 1974-cü ildə, nüfuzlu titul 450 SE/SEL modelinə verilmişdi.

Yeni CLA MMA (Mercedes-Benz Modular Architecture) modul platforması üzərində qurulub. Bu platforma həm daxili yanma mühərrikli, həm də elektrik avtomobilləri üçün nəzərdə tutulub.

Təkər bazası əvvəlki model ilə müqayisədə 61 mm artaraq 2790 mm olub. Sedan uzunluqda 35 mm böyüyüb (4723 mm), eni 25 mm artıb (1855 mm), hündürlüyü isə 29 mm yüksəlib (1468 mm).

Ən yaxşı maşınlar ən etibarlı avtomobillər Mercedes-Benz

Xəbər lenti