Şəkidə açıq ərazidə yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
şəki yanğınMənbə: lent.az