IMG-LOGO

Bu il Bakı metrosundan istifadə edən sərnişinlərin sayı təxminən 2 % azalıb

12.12.2025 21:21 2 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 205 milyon 15,5 min nəfər olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 747,3 min nəfər və ya 1,8 % azdır.

Bakı metropolitenində hazırda 3 xətt və 27 stansiya fəaliyyət göstərir, uzunluğu isə 40,7 km-dir.

"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, 2030-cu ilin sonunadək metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.

Xəbər lenti