IMG-LOGO

Zelenski Kupyansk şəhərindən video paylaşıb

12 Dec 2025 18:03 51 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk şəhərindən video paylaşıb və bu istiqamətdə mövqelərin qorunduğunu bildirib.

"Report" xəbər verir ki, video onun teleqram kanalında paylaşılıb.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfinin Kupyanskın ələ keçirilməsi ilə bağlı iddialarına baxmayaraq, bu məlumat həqiqətə uyğun deyil.

"Bu gün Kupyansk istiqamətində əsgərlərimiz Ukrayna üçün nəticələr əldə edirlər. Rusiya tərəfi Kupyansk (ələ keçirilməsi) barədə danışırdı. Biz (bunun belə olmadığını) görürük", - Ukrayna Prezidenti vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti