Azərbaycan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Advanced Micro Devices" (AMD) şirkəti arasında süni intellekt sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin ABŞ-yə səfəri çərçivəsində AMD-nin baş vitse-prezidenti Devid Vanq ilə görüşdə aparılıb.
Tərəflər Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin AMD ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

