IMG-LOGO

Hande Erçelin 45 yaşlı sevgilisi məlum oldu

12.12.2025 19:35 3 baxış
IMG
0 0

Məşhur aktrisa Hande Erçel haqqında maqazin gündəmini silkələyən yeni sevgi iddiası ortaya çıxıb. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, iddialara görə, aktrisanın 45 yaşlı prodüserlə münasibət yaşadığı bildirilir və həmin şəxsin kimliyi artıq məlumdur.

Məlumata əsasən, Hande Erçelin yeni sevgilisi OGM Pictures prodüser şirkətinin qurucusu və sahibi Onur Güvenatamdır. Yayılan məlumatlara görə, cütlüyün münasibəti təxminən bir aydır davam edir.

İddialarda bildirilir ki, Hande Erçel və Onur Güvenatam münasibətlərini diqqət mərkəzindən kənarda saxlamağa üstünlük verirlər. Onların son bir ay ərzində Londonda birlikdə vaxt keçirdiyi və münasibətlərini məhz orada davam etdirdiyi qeyd olunur.

Hande Erçel maqazin Hande Erçelin sevgilisi

Xəbər lenti